İlqar Altay da prezidentliyə namizədliyini verəcək

O, ölkə xaricində olduğundan geniş danışa bilməyəcəyini və geri qayıdandan sonra sənədlərini MSK-ya təqdim edəcəyini dedi

Source:
İlqar Altay
İlqar Altay
İlqar Altay
İlqar Altay


O, ölkə xaricində olduğundan geniş danışa bilməyəcəyini və geri qayıdandan sonra sənədlərini MSK-ya təqdim edəcəyini dedi

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay 11 aprel növbədənkənar prezident seçkisinə namizədliyini irəli sürüb.

Bu barədə İlqar Altay Meydan TV-yə danışıb.

O, ölkə xaricində olduğundan geniş danışa bilməyəcəyini və geri qayıdandan sonra sənədlərini MSK-ya təqdim edəcəyini dedi.

İlqar Altay 2013-cü il president seçkisjndə namizədliyini qeydə alınmamışdı.

Hazırda İlqar Altayla birlikdə 11 nəfərin növbədənkənar prezident seçkisində namizədliyi irəli

sürülüb

.

Bunlar hazırki dövlət başçısı İlham Əliyev, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev, “Ağ Partiya”nın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, deputat Zahid Orucdur.

Müxalifətin təmsil olunduğu Milli Şura, Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək qərarı verib, Müsavat isə seçkilərdə iştirakdan imtina edib.

Prezidentin fevralın 5-ə imzaladığı sərəncamla Azərbaycanda aprelin 11-ə növbədənkənar prezident seçkiləri təyin edilib.

Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.

Ana səhifəXəbərlərİlqar Altay da prezidentliyə namizədliyini verəcək