O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ildir davam edən məhkəmə prosesi yekunlaşıb. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 18 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi.