İlkin Rüstəmzadə

Mənbə: İlkin Rüstəmzadənin şəxsi arxivindən

Başlıq: İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə: Bacımı hədələyiblər ki, qardaşın ağıllı olsun

Məqalə yeniləndi:  1 İyun 2021

"Türkan Rüstəmzadəni evə gələndə hədələyiblər"

Siyasi fəal İlkin Rüstəmzadə özünün və yaxınlarının təzyiqlərə məruz qaldığını deyir.

Bu barədə Meydan TV-yə danışan İlkin Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkan Rüstəmzadəni Əhmədli qəsəbəsində evə gələndə hədələyiblər: "Tanımadığı bir nəfər bacımın ağzından tutub deyib ki, qardaşın ağıllı olsun, gələn dəfə xəbərdarlıq etməyəcəyik".

İ.Rüstəmzadənin sözlərinə görə, bir həftə əvvəl ona özünü dindar kimi təqdim edən şəxsdən təhqirdolu hədələr gəlib: "Bunun dindarlarla əlaqəsi olduğunu düşünmürəm, hesab edirəm ki, hakimiyyətdən gələn hədədir. Çünki mən dini yox, İranı tənqid etmişdim. Bir həftə sonra bacıma qarşı bu hadisə şübhəli görünür".

İ.Rüstəmzadə bir həftə əvvəl Daxili İşlər Nazirliyinə şikayət etdiyini, hələ reaksiya almadığını bildirib.

DİN-nin rəsmisi Elşad Hacıyev Meydan TV-yə İlkin Rüstəmzadənin müraciətini dünən aldıqlarını və araşdırma aparıldığını söyləyib.

Beynəlxalq təşkilatların keçmiş siyasi məhbus kimii tanıdığı İlkin Rüstəmzadə 2013-cü il mayın 17-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.

İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilmişdi. İlkin Rüstəmzadə və daha 7 nəfər “Əsgər ölümlərinə son!” Aksiyasından sonra saxlanmışdılar. O, 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilib. Bundan sonra sosial şəbəkələrdə yazdığı tənqidi statuslarına görə təzyiqlərə məruz qaldığını deyib. Onun və keçmiş həyat yoldaşının şəxsi məlumatları ictimailəşdirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nb2k5y

Ən çox baxılan