İlkin rəy: Yazarın intiharına səbəb həyat yoldaşı ilə münasibətlərin pozulmasıdır

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb

Source:


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb

Paytaxt Prokurorluğu martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun intiharı barədə məlumat yayıb.

Məlumatda Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı qeyd olunub.

Bildirilib ki, rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Eyni zamanda müəyyən edilib ki, jurnalistin intihar etməsinə səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərİlkin rəy: Yazarın intiharına səbəb həyat yoldaşı ilə münasibətlərin pozulmasıdır