"İlkin də, Qiyas da, vaxt gələcək İlham Əliyevi mühakimə edəcəklər"

Doğum günləri münasibəti ilə vətəndaş cəmiyyəti fəalları kitab aksiyası keçirirlər. Yığılan kitablar Qiyasla, İlkinə - həbsxanaya göndəriləcək. Tədbirdə siyasi məhbus hesab olunan şəxslərin yaxınları və bir qrup müxalifət partiyalarının üzvləri də onlardan danışıblar.

Yazar Zümrüd Yağmur İlkin Rüstəmzadənin bir ay öncə ictimaiyyətə ünvanlandığı məktubundan da söz açıb. Məktubda İlkin “Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər” deyə qeyd etmişdi.

İlkin Rüstəmzadə 6 il öncə “Əsgər ölümlərinə son” aksiyalarından sonra həbs olunub. O, xuliqanlıq maddəsilə 8 il azadlıqdan məhrum edilib. Qiyas İbrahim isə 2016-cı ildə eks-prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” yazıldıqdan sonra həbs olunub. Qanunsuz narkotik maddələrin dövriyyəsində ittiham olunan Qiyas 10 il azadlıqdan məhrum edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l8srv4

Ən çox baxılan