İlk qadın maşın ustası

Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

Nüşabə Ağayeva Rusiyada tibbi təhsili alıb. Amma öz ixtisası üzrə işləmir. İki övlad anası olan Nüşabə xanım hazırda Bakıda avtomobillərdə sürət qutusunun təmiri ilə məşğuldur. Onun sözlərinə görə, əvvəllər Vüsal adlı ustanın yanında motorist şagirdi olub. Daha sonra işin incəliklərini Sərdar ustadan öyrənməyə başlayıb:

"Uşaqlıqdan maşınlara həvəsim olub. Zaman məni elə gətirdi ki, maşın təmiri istiqamətinə yönəldim. Başlanğıcda Vüsal usta öyətdi, daha sonra Azərbaycanın ilk sürət qutusu ustası olan Sərdar usta məni daha da irəli çəkdi. İşin incəliklərini öyrətdi".

Nüşabə Ağayeva deyir ki, ağır, yaxud asan olmasına baxmayaraq, həmişə işə usta kimi yanaşır: "Maşın qutusunu təmir etmək çox çətindir. Qadın olmağıma baxmayaraq, işə həmişə usta tərəfdən yanaşmışam və işi məsuliyyətlə görmüşəm".

Nüşabə xanımın çoxlu qadın müştərisi var ki, onlar maşını təmir etmək üçün məhz onun yanına gətirirlər. İşi keyfiyyətli gördükdə başqa insanlar da ona müraciət edir.

Nüşabə Ağayeva hazırda Azərbaycanda ilk qadındır ki, maşının sürət qutusunu təmir edir: "Azərbaycanda ilk, bəlkə də son qadınam ki, bu sahədə çalışıram. İnanmıram işin ağırlığına görə hansısa qadın gəlib bu sahədə çalışsın".

Nüşabə xanım hələlik Azərbaycanda ilk qadındır ki, bu sahədə çalışır

Nüşabə xanım hələlik Azərbaycanda ilk qadındır ki, bu sahədə çalışır

Maşınlar üçün lazım olan ehtiyat hissələri

Maşınlar üçün lazım olan ehtiyat hissələri

Nüşabə xanım maşın üçün lazım olan dərmir parçasını əyir

Nüşabə xanım maşın üçün lazım olan dərmir parçasını əyir

Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

Hər bir işin çətinliyi var, əgər işi sevib işləyəcəksənsə, o, çətinlik olmayacaq

 

 

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o39rc6

Ən çox baxılan