2021-ci ilin tədris ilinin ilk dərs gününü valideynlər hasar arxasından izləməli olublar.
Təhsil Nazirliyinin qərarı ilə sentyabrın 22-də I və IV siniflər üçün dərslər başlayıb.
Pandemiya ilə əlaqədar sıxlıq yaranmaması üçün valideynlərin məktəbə buraxılmamasına qərar verilib. Lakin bu dəfə də darvazadan çöldə qələbəlik yaranıb.
Həyət qapısından məktəblilərə boylanan valideynlərin gözləri uşaqlarını axtarır.
Azyaşlılardan nigaran qalsalar da, əyani tədrisin başlamağına sevinirlər.
Sentyabrın 29-dan 5-11-ci siniflər və ali məktəblər ənənəvi tədrisə qayıdacaq.
Bu il ümumtəhsil məktəblərinin I sinfində 158 608 şagird təhsil alacaq.
Məktəblilərin ilk dərs günü Qarabağ mövzusuna həsr olunacaq.