”İlin sonuna qədər Azərbaycanın xarici borcu 40 faizədək artacaq”

Nemət Əliyev: ”Gələn il borc səviyyəsinin qurşaqdan yuxarı qalxması şübhə doğurmur”

Source:


Nemət Əliyev: ”Gələn il borc səviyyəsinin qurşaqdan yuxarı qalxması şübhə doğurmur”

“Dövlət borcu 35 faizi üstələyib. Borc bataqlığının gələn il qurşaqdan yuxarı qalxması çox realdır”, – iqtisadçı Nemət Əliyev “Facebook”da belə yazıb.

O bildirib ki, həm əlavə borclanma, həm də milli valyutanın ucuzlaşması hesabına dövlət borcu sürətlə böyüyür:

“Oktyabrın 1-nə olan məlumata görə, dövlətin xarici borcu 7 milyard 651 milyon dollara yüksəlib. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi ilə (1 dollar=1,7430 manat) hesablasaq, 13 milyard 336 milyon manat edir (sonuncu 9 ayda xarici borc 744 milyon dollar artıb). Iyulun 1-nə olan məlumata görə, hökumət, həm də ölkədaxili mənbələrdən 7 milyard 297 milyon manat həcmində borc alıb (sonuncu 6 ayda daxili borc məbləği 2,7 milyard manat artıb). Daxili və xarici borc məbələğlərini toplasaq, 20 miyard 633 milyon manat edir”.

Nemət Əliyev deyir ki, cari ilin sonuna 58,8 milyard manat həcmində ÜDM proqnozlaşdırıb (rəsmi). Bu göstəriciyə əsasən, borc faizini hesablasaq, 35 faizdən çox alınar (20633 : 58800 x 100 ≈ 35,09 faiz). Əgər 6-cı aydan sonra daxili, 9-cu aydan sonra isə xarici borc məbləğinin arta biləcəyini, habelə manatın daha da ucuzlaşacağını nəzərə alsaq, o zaman ilin sonunadək borc faizinin 40 faizədək qalxacağı çox real görünür:

“Bu xoşagəlməz prosesin davam edəcəyi halda, gələn il borc səviyyəsinin qurşaqdan yuxarı qalxması şübhə doğurmur”.

Ana səhifəXəbərlər”İlin sonuna qədər Azərbaycanın xarici borcu 40 faizədək artacaq”