İlin ən yaxşı pasportlarının siyahısı açıqlanıb

Azərbaycan pasportu 199 ölkə arasında 133-cüdür

Source:


Azərbaycan pasportu 199 ölkə arasında 133-cüdür

“Nomad Capitalist” şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 199 ölkənin pasportu qiymətləndirilib.

Bu, 5 əsas faktora – pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, viza azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa və həmin pasportlara münasibətə görə müəyyənləşdirilib.

2017-ci ilin 10 ən yaxşı pasportu bunlardır:



İsveç



Belçika



İtaliya



İspaniya



İrlandiya



Finlandiya



Almaniya



Danimarka



İsveçrə



Lüksemburq

Sənəd müəllifləri İsveç pasportunun sahibinə 176 ölkəyə vizasız səfər etmək imkanı verdiyini bildirirlər. Pasport xaricdə çox böyük reputasiya qazanıb. İsveç pasportu olanların bir neçə ölkənin vətəndaşlığını almaq imkanı var:

“Onların şəxsi azadlığı yüksək səviyyədədir. Bu pasportun sahibi xaricdəykən İsveç vergilərindən azaddır”.

Belçika Avropa Birliyinin (AB) mərkəzidir. Ona görə də, bu ölkənin vətəndaşları nəinki AB ərazisində, ümumiyyətlə, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Belçika pasportu sahibləri vergi azadlığından, ikili vətəndaşlıq imkanından da yararlana bilirlər. Həmçinin, başqa mədəniyyətlərə sayqıyla yanaşdıqlarına görə seçilirlər.

Danimarka pasportu isə sahibinə 174 ölkəni vizasız gəzmək imkanı verir. Həm də, ümumiyyətlə, danimarkalıların dünyanın ən xoşbəxt vətəndaşları hesab edilirlər.

Azərbaycan bu siyahıda Qafqazdakı qonşularından geridədir. Azərbaycan pasportu 199 ölkə arasında 133-cüdür. Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İran pasportu isə 191-ci yerdədir.

Dünyanın ən güclü ölkələrindən hesab olunan Birləşmiş Ştatların vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır.

Ən pis pasporta sahib olanlar Əfqanıstan, İraq, Eritreya, Pakistan, Liviya, Suriya vətəndaşlarıdır.

“Nomad Capitalist” şirkətini səyahət həvəskarı, sahibkar və investor Andrew Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır. www.nomadcapitalist.com  saytı ən çox izlənilən səhifələrdəndir. Sayta ildə 3 milyondan çox adam baxır.


Mənbə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərİlin ən yaxşı pasportlarının siyahısı açıqlanıb