”İlin ən yaxşı müəllimi” özünü asdı

Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

Source:
intihar
intihar

Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhəri, Füzuli küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Polis əməkdaşlarının hadisə baş verən evə keçirdiyi baxış zamanı evin qonaq otağında stolun üzərində “Mənim ölümümdə heç kəsi günahlandırmayın” yazısı olan kağız parçası tapılıb.

A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə “İlin ən yaxşı müəllimi” 2-ci dərəcəli diplomuna layiq görülüb.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.

Ana səhifəXəbərlər”İlin ən yaxşı müəllimi” özünü asdı