2016-cı il Azərbaycan üçün sakit, sıradan bir il olmadı. İlin əvvəli bölgələrdə aksiyalar, sonra Qarabağda döyüşlər başladı. Daha sonra Gül Bayramına etiraz edən iki gəncin həbsi ilin ən yadda qalan olaylarından oldu. Beynəlxalq təşkilatların təpkisinə baxmayaraq, siyasi məhbus problemi çözülmədi. Qanunlar daha da sərtləşdirildi, referendumla prezidentin səlahiyyətləri artırıldı.
İqtisadiyyatın çöküşü devalvasiyaya, qiymət artımına yol açdı. Narazılıq deputatlar səviyyəsində səsləndirilməyə başlandı. İllərlə hakimiyyətin tərəfini saxlayan adamlar arasında narazılıq edən də oldu, əhalini qınayıb məsləhət verən, aşağılayan da.
Bəs bu il ən çox kim yadda qaldı? İlin adamı kimdir? Meydan TV bununla bağlı oxucuları arasında sorğu keçirərək ilin adamını müəyyənləşdirməyə çalışıb.
Sorğuda 8 namizəd qeyd olunub:
İlham Əliyev
Bayram və Qiyas
Aprel Şəhidləri
Tale Bağırzadə
Fuad Poladov
Qurban Qurbanov
Xədicə İsmayıl
Rövnəq Abdullayev
5465 nəfər sorğuda iştirak edib. Onlardan 4 faizi İlham Əliyevə, 9 faizi Taleh Bağırzadəyə, 11 faizi İlqar Məmmədova səs verib. 29 faiz seçici hesab edib ki, “İlin adamı” Bayram və Qiyasdır. 39 faiz isə Aprel şəhidlərini seçib.
Beləliklə, Meydan TV-nin “İlin adamı” sorğusunda yüksək səsi Aprel şəhidləri qazanıblar.