İlhamə Quliyevanın oğlu məhkəmə zalında həbsdən buraxıldı

Orxan Nadirov dələduzluqda ittiham olunurdu

Source:
Orxan Nadirov
Orxan Nadirov
Orxan Nadirov
Orxan Nadirov


Orxan Nadirov dələduzluqda ittiham olunurdu

Dekabrın 11-də Binəqədi Rayon Məhkəməsində mərhum müğənni, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova hökm oxunub. Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, O.Nadirov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib. O, 1000 manat cərimələnərək, məhkəmə zalından azad olunub.

O.Nadirov oktyabrın 5-dən həbsdə idi. Onun haqqında cinayət işi başlansa da, barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Lakin o, məhkəmə iclasına gəlmədiyinə görə onun barəsində həbs-qətimkan tədbiri seçilərək, axtarışa verilmişdi.

O.Nadirov 12 min manatlıq dələduzluqda ittiham olunur. İddia edilir ki, o, şirkət rəhbəri Əli Muradova əcnəbi işçiləri üçün Miqrasiya Xidmətindən iş icazəsi alacağını vəd edib, bu məqsədlə ondan 12 min manat pul alaraq, onu aldadıb.

O.Nadirov məhkəmə dövründə zərərçəkənə vurulan ziyanı ödəyib.

Özü də məhkəmədə son sözündə deyib ki, əməlindən çox peşmandır.

O.Nadirovun adı bundan öncə də dələduzluq, narkotiklə bağlı cinayət işlərində hallanıb.

Mərhum İ.Quliyeva 2016-cı il fevralın 25-də vəfat edib.

Ana səhifəXəbərlərİlhamə Quliyevanın oğlu məhkəmə zalında həbsdən buraxıldı