İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Azərbaycan tərəfi bununla bağlı hər hansı açıqlama yaymayıb.

Source: Specify Source


Tərəflər Dağlıq Qarabağla bağlı müzakirə aparacaq

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşəcəyi bildirilir.

Məlumatı “ria.ru” Kremlin mətbuat xidmətinə istinadən

yayıb

.

Tərəflərin Dağlıq Qarabağdakı durumu və nizamlanma ilə bağlı gələcək addımları müzakirə edəcəyi deyilir.

Azərbaycan tərəfi bununla bağlı hər hansı açıqlama yaymayıb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətİlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir