Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 23-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə qərar çıxarıb.
T.Yaqublunun vəkili Elçin Sadıqov Meydan TV-yə bildirib ki, müvəkkili məhkəmədə özünü təqsirli bilməyib. Vəkil apelyasiya şikayəti verəcəklərini deyib.
T.Yaqublunun qızı Nigar Yaqublu həbs sifarişinin birbaşa ölkə başçısından gəldiyini iddia edib.