Milli Şura oktyabrın 7-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirilib.
Milli Şura sonuncu dəfə sentyabrın 23-də mitinq keçirmişdi. Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, onlara xəbərdarlıq edilib. Mitinqdən sonra isə iştirakçılar polis bölmələrinə çağırılıb, onlara növbəti mitinqdə iştirak etməmələri tövsiyə olunub.