Mahirə Adnayevanın yerinə təyinat olmayıb
Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə avqustun 9-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mahirə Adnayeva 2021-ci ildə Sədərək rayonuna icra başçısı təyin olunub.
Mahirə Adnayeva daha əvvəl Sədərək rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edib.