İlham Əliyevdən Şuşaya növbəti təyinat

Məftun Abbasov bundan əvvəl “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub.

Source: Specify Source


Məftun Abbasov Şuşa Dövlət Qoruğu İdarəsinin sədri təyin olunub

Mətfun Abbasov Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 16-da sərəncam

imzalayıb

.

Məftun Abbasov bundan əvvəl "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub.

O, 2021-ci il ilin mart ayına qədər bu vəzifədə çalışıb.

Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad

edilib

. 2021-ci ilin yanvarın 27-də Aydın Kərimov dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Bu ilin 31 may tarixində Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul

edib

. 15 maddədən ibarət olan qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq.

Ana səhifəSosialİlham Əliyevdən Şuşaya növbəti təyinat