Ramil Qurbanov Los-Ancelesə baş konsul göndərildi
Anar Hüseynov Azərbaycanının Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev aprelin 7-də sərəncan imzalayıb.
Anar Hüseynov 2019-cu ilin sentyabrından Azərbaycanı Yunanıstanda təmsil edirdi.
Dövlət başçısının digər sərəncamı ilə Ramil Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
Ramil Qurbanov isə bu günə qədər Azərbaycanın Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.