Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib
.
“Report”un yazır ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub:
“Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bu günkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq”.
Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.