Məcnun Məmmədov bundan əvvəl “PASHA Holding”də çalışıb
Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayıb.
1981-ci ildə Bakıda doğulan Məcnun Məmmədov Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
Məcnun Məmmədov Abşeronda zeytun bağlarını salan “Grand-Agro” MMC-nin direktoru olub.
2022-ci ilin aprelində isə “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”larının rəhbəri təyin edilib.
Aprelin 4-də İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin olunub.