İlham Əliyev yenə bir qrup hərbçiyə medal verdi

General-mayorlar Mayis Bərxudarov və Hikmət Həsənov hər 3 rayonun azad olunmasına görə medallarıyla təltif olunub.

Source:


100-dən çox hərbçi ölümündən sonra medal aldı

Prezident İlham Əliyev dekabrın 25-də İkinci Qarabağ müharibəsində iştirak edən 25 min 495 hərbçini Xocavəndin, Füzulinin və Zəngilanın azad olunmasına görə medalları ilə təltif

edib

.

Bildirilib ki, 7 min 991 hərbçi “Xocavəndin azad olunmasına görə”, 3 min 549 hərbçi “Zəngilanın azad olunmasına görə”, 13 min 955 hərbçi “Füzulinin azad olunmasına görə” medallarıyla təltif ediliblər.

General-mayorlar Mayis Bərxudarov 3, Hikmət Həsənov isə 2 rayonun azad olunmasına görə medallarıyla təltif olunub.

Eyni zamanda, general-mayorlar Namiq İslamzadə, Anar Kərimov və Mübariz Rzayev “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. General-leytenant İlham Mehdiyev, general-mayorlar Əfqan Nağıyev, Ramin Bağırov, Aqşin Məhərrəmov, Mübariz Rzayev, Ağamir Sultanov, Rəsul Tağıyev “Zəngilanın azad olunmasına görə”, general-leytenant Hikmət Mirzəyev, general-mayorlar Tofiq Hüseynov, Namiq İslamzadə, Anar Kərimov, Zaur Məmmədov “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

Hüquqşünas, leytenant Xalid Ağaliyev, "D18Hərəkatı"nın sədri Ruslan İzzətli və jurnalist Məğrur Əliyev də “Füzulinin azad olunmasına görə” medalıyla təltif edilənlər arasındadır.

100-dən çox hərbçi ölümündən sonra hər üç rayonun azad edilməsi medalıyla təltif edilib.

Dövlət başçısı dekabrın 24-də “Cəbrayılın azad olunmasına görə” medalıyla bağlı sərəncam

imzalamışdı

.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətİlham Əliyev yenə bir qrup hərbçiyə medal verdi