”İlham Əliyev, yalvarıram, mənə ev verin”

“Ölüm bundan yaxşıdır. Daha bundan o tərəfi yoxdur, son həddir”

53 yaşlı Kifayət Hüseynova birinci qrup əlil, yataq xəstəsidir. Kirayəni ödəyə bilmədiyindən qızı və 5 yaşlı nəvəsi ilə küçədə yaşayır.

Gündəlik ehtiyacları qarşılamaq üçün götürdüyü borclar bir gün onları evsiz qoyub. Borclarını qaytarmaq üçün mənzillərini satmalı olublar.

“Ürəyim xəstədir, təzyiq xəstəsiyəm, şəkər xəstəsiyəm. Qarnımda 50 kiloqram kista var, xərçəngə çevrilib artıq. Ölümlə üzbəüzəm”.

Kifayət Hüseynova 14 ildir kirayələrdə qaldığını deyir. Ailə 2004-cü ildən Səbail Rayon İcra Hakimiyyətində ev növbəsindədir.

“Abit Əliyev dedi ki, mən bu gün Səbail Rayon icra başçısı seçildim. Sənə nə ev verəcəm, nə torpaq. Cəhənnəm ol, “veş”lərini hara tökürsən, tök. İlhama demirsən, Mehribana demirsən, get kimə deyirsən de. Buranın yiyəsi İlham, Mehriban deyil, mənəm”.

Onun tək ümidi ölkə başçısı İlham Əliyevədir:

“Neftlə zəngin olan dövlətimdə mənə birotaqlı ev verin, küçələrdən yığışım. Yalvarıram, İlham Əliyev, yalvarıram, Mehriban xanım, mənə ev verin. Mənim 6 yaşlı nəvəm küçələrdə mənimlə sürünür”.

Gecə yarısına kimi Kifayət xanımla qızı uşağı itlərdən qorumaq üçün keşik çəkirlər.

Sentyabrın 26-da güclü külək olduğundan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları ailəni Zabratdakı Sosial Sığınacaq Müəssisəsinə yerləşdirdilər. Kifayət Hüseynovanın vəziyyəti ağır olduğundan sığınacaqda rahatlıq tapmır.

Ana səhifəVideo”İlham Əliyev, yalvarıram, mənə ev verin”