Təhlükəsizlik Şurasının iclası

Mənbə: prezident.az

Başlıq: Təhlükəsizlik Şurasının iclası

İlham Əliyev: Xarici hərbi attaşeləri həmin əraziyə dəvət edəcəyik

“Vəziyyət sabitləşməyib”

Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 13-də Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda çıxış edən dövlət başçısı Tovuz istiqamətində döyüşlərin erməni tərəfinin qəflətən Azərbaycan postuna endirdiyi artilleriya zərbəsindən sonra başladığını bildirib.

“Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və nəticədə hərbçilərimiz həlak olub və yaralanıb. Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb”.

O bildirib ki, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib.

Dövlət başçısı bildirib ki, bu gün sərhəddə gərgin vəziyyət davam edir və sərhəddə vəziyyət sabitləşməyib.

O, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıdığını deyib.

İlham Əliyev beynəlxalq təşkilatlara müvafiq müraciətlər edildiyini deyib:

“Operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır”.

Onun sözlərinə görə, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. “Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib”.

İyulun 12-də Tovuz istiqamətində hərbi vəziyyətin gərginləşməsi və döyüşlər nəticəsində Azərbaycan ordusunun 4 hərbçisi həlak olub, bir neçəsi yaralanıb. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, qarşı tərəfin itkiləri var, amma Ermənistan onları gizlədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xgmvrk

Ən çox baxılan