İlham Əliyev xalqa müraciət etdi

”Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır”

Source:

İlham Əliyev seçkidə
İlham Əliyev seçkidə


”Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır”

Mərkəzi Seçki Komissiyasının aprelin 11-də keçirilən seçkilərin qalibi

elan

etdiyi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev Azərbaycan xalqına

müraciət

edib.

İlham Əliyev deyib ki, Azərbaycan xalqı yenidən ona böyük etimad göstərməklə sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib:

“Bu etimada görə xalqıma təşəkkür edirəm. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsasında durur. Ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsini işğaldan azad edib. Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı bütün torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.

İ.Əliyev bildirib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir:

“Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir, Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.

Ana səhifəXəbərlərİlham Əliyev xalqa müraciət etdi