Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə parlamentarilərinin bu əlaqələrin möhkəmləndirilməsində iştirakı məsələləri müzakirə olunub
Sentyabrın 26-da dövlət başçısı İlham Əliyev Bakıda olan RLDP lideri, qalmaqallarla yadda qalan rus siyasətçi Vladimir Jirinovskini qəbul edib.
İlham Əliyevin saytının yaydığı məlumata görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə parlamentarilərinin bu əlaqələrin möhkəmləndirilməsində iştirakı məsələləri müzakirə olunub.
Xatırladaq ki, Jirinovski müntəzəm olaraq Azərbaycanın və azərbaycanlıların ünvanına təhqiredici bəyanatlar səsləndirirdi. Elə bu yaxınlarda o bildirib ki, azərbaycanlı deyə bir millət yoxdur. Buna görə Rusiya azərbaycanlıları onu məhkəməyə veriblər. Lakin Jirinovski heç bir üzrxahlıq etməyib (contact.az).