Tərəflər Azərbaycanda gedən proseslər, Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı vəziyyəti müzakirə ediblər
Fevralın 6-da prezident İlham Əliyev Münhen Təhlükəsilzik Konfransı çərçivəsində Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşüb.
Görüş zamanı Azərbaycanda gedən proseslər, Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı vəziyyəti müzakirə olunub.
Dövlət başçısının mətbuat xidməti məlumat verib.
Son vaxtlar Yaqland Azərbaycanda fəalların təqib olunmasına görə rəsmi Bakını dəfələrlə tənqid edib və tanınmış siyasi məhbusların azad edilməsinə çağırıb.
Bu tənqiddən qıcıqlanan rəsmi Bakı bəyan edib ki, Yaqlandın söylədikləri həqiqətəuyğun deyil və vəziyyət heç də belə deyil.
Münhen səfəri zamanı İ.Əıiyev Makedoniya prezidenti George İvanov, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Fransanın müdafiə naziri Jan-İv Le Drianla görüşüb.