İlham Əliyev: Vaksinlərin ədalətsiz bölüşdürməsi ilə bağlı BMT-də qətnamə ilə çıxış edəcəyik

“Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır”

Source: Azərtac


"Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır"

"Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik".

Bu fikirləri Prezident İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı səsləndirib.

O deyib ki, Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb: "Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik".

Ölkə başçısı inkişaf etmiş ölkələri vaksinləri ədalətli şəkildə bölüşdürməməkdə qınayıb: "Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq".

"Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm", – o bildirib.

Ana səhifəXəbərlərİlham Əliyev: Vaksinlərin ədalətsiz bölüşdürməsi ilə bağlı BMT-də qətnamə ilə çıxış edəcəyik