İlham Əliyev üçün əlverişli zaman yaranıb?

Prezident iki il öncə seçkinin vaxtını dəyişməyəcəyini deyirdi

Source:


Prezident iki il öncə seçkinin vaxtını dəyişməyəcəyini deyirdi

Dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında

sərəncam

imzalayıb. Sərəncama əsasən, seçkilər aprelin 11-nə təyin edilib.

Nə sərəncamda, nə də sərəncamdan sonra bu qərarın rəsmi açıqlaması verilməyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 17-nə təyin olunmuşdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin hazırladığı illik təqvimdə də məhz 17 oktyabr qeyri-iş günü kimi qeyd edilmişdi.

2016-cı ilin 26 sentyabr referendumundan sonra İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azərbaycan” üçün müsahibə

verib

.

Həmin müsahibədə prezidentə belə bir sual ünvanlayıb:

“Ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı bu yaxınlarda keçirilmiş referendum tənqid hədəfinə çevrildi. Bununla əlaqədar çoxları soruşur ki, prezident seçkilərinin müddəti dəyişdiriləcəkmi, Siz seçkilərə gedəcəksinizmi?”

İlham Əliyev cavabında seçkinin müddətinin dəyişdirilməyəcəyini deyib:

“Xeyr, bizim prezident seçkilərinin müddətini dəyişmək niyyətimiz yoxdur. Mən həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə planımız yoxdur. Mən buna ehtiyac görmürəm. Mənim iştirak edib-etməməyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq, yaxud qərar qəbul etmək üçün hələ kifayət qədər vaxt var. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, onda əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.

Prezidentin qərarını şərh edən “Turan” İnformasiya Agentliyinin

Analitik Qrupu

bu qənaətdədir ki, cəmiyyət üçün gözlənilməz olan bu qərar heç də hakimiyyət üçün yenilik deyil. “Mərkəzi Seçki Komissiyası bir həftə əvvəl – yanvarın 29-da qutuların və digər ləvazimatların alınması haqqında rəsmi qərar qəbul edib.

Növbədənkənar seçkilərin təyin edilməsi əsasən İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində (2003-cü ildən etibarən) ilk dəfə seçkilərin iqtisadi böhran, elə bütünlükdə sistem böhranı şəraitində keçirilməsi ilə şərtlənmiş ola bilər. Bu, seçkiləri xüsusi gərginlik olmadan və əlavə problemlər yaratmadan keçirməyə çalışan hakimiyyət üçün müəyyən risklər yaradır”.

“Turan”-ın analitikləri hesab edir ki, növbədənkənar seçkilər klassik müxalifətin, hakimiyyətdaxili rəqiblərin, son bir il ərzində rejimə bir sıra təzyiq alətlərini – Landromatı (pulların yuyulması), Valonte işini (Qərb siyasətçilərinin öz tərəflərinə çəkilməsi), çirkli pul axınının qarşısının alınmasını və s. işə salan Qərbin üçün manevrləri üçün az vaxt qalmasına və ya, ümumiyyətlə, vaxt qalmamasına səbəb olur.

Təhlildə prezidentin əldə etdiyi üstünlüklər sadalanır:


1. Seçicilərin bir hissəsinin narazılığının müəyyən müqavimət hərəkatına çevrilməsi üçün vaxtı və şansı qalmır və bütünlükdə seçicilər baş verənlərə qarşı amorf vəziyyətdə olacaq.


2. Müxalifət bu halda birləşmək və vəziyyəti dəyərləndirmək üçün çox az vaxta malikdir. Demək olar ki, müxalifət Əliyevə qarşı qətiyyətli mübarizə aparmaq iqtidarında olmayacaq. Bəlkə də seçkiləri boykot edəcək ki, bu da Əliyevi tamamilə qane edir və tam alternativsizlik mühiti yaradır.


3. Birinci ledinin yeni təsis edilmiş vəzifəyə irəli sürülməsindən sonra artan hakimiyyətdaxili ziddiyyətlər də inkişafını tapa bilməyəcək və uğurlu bir şəkildə zərərsizləşdiriləcək.


4. Qərb institutları da seçkilərə, onların qiymətləndirilməsinə və nəzarətinə vahid və təsirli yanaşma formalaşdırmağı çatdırmayacaq.

Faktiki olaraq, Əliyev bu dəfə də 2016-cı ilin payızında referendum nəticəsində tətbiq etdiyi yeddi illik müddətə yenidən seçilmək üçün əlverişli şərait əldə edir.

“Həmçinin, SSRİ-nin dağıldığı andan etibarən daim ölkənin daxili siyasi həyatına təsir edən, xüsusən, qeyri-sabitliyin katalizatoruna çevrilən Qarabağ amilini də qeyd etmək lazımdır. Seçkilərin Ermənistanda martda baş tutacaq prezident seçkilərindən sonra keçirilməsi beynəlxalq vasitəçilər tərəfindən 2017-ci ildə fəallaşdırılmış və yaxın illərdə aralıq nizamlanma perspektivi daşıyan danışıqları operativ qaydada davam etdirməyə imkan verəcək”- yazıda vurğulanır.

Ana səhifəAnalitikaİlham Əliyev üçün əlverişli zaman yaranıb?