Ilham Əliyev: SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub

”Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”

Source:
İlham Əliyev və Pyotr Poroşenko
İlham Əliyev və Pyotr Poroşenko


”Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”

“Biz çox ciddi tapşırıqlar verdik və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir”.

APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib: “Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.

Dövlət başçısı SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini və Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırdığını vurğulayıb.

Ana səhifəXəbərlərIlham Əliyev: SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub