İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu

Source: Specify Source


Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını ölkə başçısına çatdırıb

Prezident İlham Əliyev sentyabrın 3-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatı “

Azərtac

” yayıb.

Bildirilib ki, Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını ölkə başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulanıb:

“Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu”.

İlham Əliyev sonuncu dəfə avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdə görüntülənmişdi. Ondan sonra prezidentin harada olması və nə etməsi barədə heç bir məlumat yox idi və bu, sosial şəbəkələrdə geniş müzakirə edilirdi.

Ana səhifəSiyasətİlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib