Azərbaycanı tədbirdə Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək
APA
-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov
bildirib.
Ə. Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb, buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.
Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı
Prezident Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov
və xarici işlər naziri
Elmar Məmmədyarov
təmsil edəcəklər.