İlham Əliyev Qarabağ Universitetinə rektor təyin edib

Şahin Bayramov. Foto: “mdu.edu.az”

Şahin Bağırov buna qədər Mingəçevir Dövlət Universitetinin rektoru olub

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

Bu barədə mayın 20-də ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub.

İqtisad elmləri doktoru Şahin Bayramov 1979-cu ildə Mingəçevir şəhərində anadan olub.

O, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib. Elə həmin il Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olunub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 

O, 2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu.

1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib.

Prezidentin 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilib.

Fevralın 15-də İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Prezidentin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin keçirilməsi planlaşdırılır.

Ana səhifəSosialİlham Əliyev Qarabağ Universitetinə rektor təyin edib