“İlham Əliyev öz qüvvələrinə artıq inanmır”

Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda “Yaşasın Respublika” adlı mitinq keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Müsavat Partiyasının, D18 Hərəkatının və digər müxalifyönümlü təşkilatların nümayəndələri iştirak ediblər.

Aksiyada Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanının müavinləri Yadigar Sadıqov və Səxavət Soltanlı, D18 Hərəkatının sədri Ruslan İzzətli çıxış ediblər. Sonda mitinqin qətnaməsi oxunub. Aksiya insidentsiz başa çatıb.

Ana səhifəVideo“İlham Əliyev öz qüvvələrinə artıq inanmır”