İlham Əliyev mətbuata 4 mln manat ayırdı

Sərəncama əsasən 3 mln manat jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına 1 milyon manat qəzetlərə düşür

Source:
İlham Əliyev
İlham Əliyev


Sərəncama əsasən 3 mln manat jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına 1 milyon manat qəzetlərə düşür

İyulun 21-də prezident İlham Əliyev jurnalistlər üçün nəzərdə tutulan binanın inşası və qəzetlərə birdəfəlik maliyyə yardımı məqsədilə Prezidentin ehtiyat fondundan 4 mln manatın ayrılmasına dair sərəncam imzalayıb.

Prezdentin rəsmi saytında dərc olunan sərəncamda qeyd olunur ki, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 3 mln, qəzetlərə birdəfəlik maliyyə yardım məqsədilə 1 mln manat ayrılsın.

2010-2015 ci illərdə dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan jurnalistlər üçün inşa olunan binalara (56.4 mln) və qəzetlərə (19.6 mln) 76 mln manat ayrılıb.

Ana səhifəXəbərlərİlham Əliyev mətbuata 4 mln manat ayırdı