“İlham Əliyev mənə uduzdu” (VİDEO)

“Nəsimi Polis İdarəsində mən dəhşətlərlə üzləşdim. Bu, boks yarışı deyildi, bu, “Eurovision” yarışı deyildi, bu mənəviyyat döyüşü idi və bu mənəviyyat döyüşündə İlham Əliyev mənə uduzdu” deyir AXCP üzvü Kəmalə Bənəniyarlı.

O, 5 iyunda Binəqədi təcridxanasından azadlığa buraxılıb. K. Bənəniyarlı ona verilən işgəncələrdən və təkliflərdən söz açıb. “İdarədə mənim protokola qol çəkməyimi istəyirdilər. Orada yazmalıydım ki, mən bir daha aksiyalara gəlməyəcəyəm. Və idarədə istəyirdilər ki, mən (RED. Üzr istəyirəm, başımda ağrılar var, bir az narahatam, ona görə fikirlərimi toparlaya bilmirəm K.B.) Əli Kərimlinin əleyhinə ifadə verim. Mənə deyirdilər ki, Leyla Yunus kimi vətən xainisən. Pulları Amerikadan və Fransadan aldığını de. Otağın ortasında belə bir kamera qoyulmuşdu. Dedilər, Əli Kərimli pulları Amerika və Fransadan alır. 400-500 manat hər ay mənə verir. Mənim kimi bir neçə nəfərə pul verir. Biz də bu aksiyaların təşkilində iştirak edirik, həm də bu aksiyaları təşkil edirik. Bütün bunlar yalan idi. Əli Kərimli heç bir şəxsin arxasınca taksi göndərməyib ki, gəlin aksiyaya. Bu, bizim öz istəyimiz idi. Bu, mənim vətəndaşlıq borcumdur. Hətta mənə bu ölkədən getmək təklif olunub. Hər şeyi özləri düzüb-qoşacaqdı.  Əsir bir qadına belə mənim kimi davranmazdılar”- deyir K. Bənəniyarlı.

Ana səhifəVideo“İlham Əliyev mənə uduzdu” (VİDEO)