Əli Əhmədov, Polad Bülbüloğlu, Şahin Seyidzadə, Heydər Əsədov, Asif Əsgərov əvvəlki vəzifələrini itiriblər
Sentyabrın 23-də Prezident İlham Əliyev Milli Məclisə mandat alan Əli Əhmədovu Baş nazirin müavini, Polad Bülbüloğlunu Rusiyadakı səfir, Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri, Asif Əsgərovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifələrindən azad edib.
Əli Əhmədov 2013-cü ildən Baş nazirin müavini vəzifəsində çalışırdı.
YAP sədrinin müavini olan Əli Əhmədov 1999-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub, 2000, 2005 və 2010-ci illərdə deputat mandatı alıb.
Polad Bülbüloğlu 2006-cı ildə Azərbaycanın Rusiyada səfiri vəzifəsindəydi.
O, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat mandatı alıb.
Şahin Seyidzadə 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
O, 2020-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat mandatı almışdı.
Sentyabrın 1-də keçirilən erkən seçkilərdə yenidən mandat aldı.
2015-ci ildə Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin olunan Asif Əsgərov müxtəlif illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, Zaqatala, Səbail rayonlarına rəhbərlik edib.
Bu dəfə mandatı Zaqatala rayonundan alıb.
Heydər Əsədova gəlincə, o, 2007–2013-cü illərdə isə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri olub.
2019-cu ildən Dövlət Dəniz Akademiyasının rektoru idi.