İlham Rəhimov

Mənbə: apa.az

Başlıq: İlham Rəhimov

İlham Əliyev İlham Rəhimovu təltif edib

İlham Rəhimova “Şöhrət” ordeni verilib

Prezident İlham Əliyev İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif edib.

Yanvarın 13-də imzalanan sərəncamda bildirilir ki, o, hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunur.

1951-ci ildə Tovuz rayonunda doğulan İlham Rəhimov ötən əsrin 70-ci illərində Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edən İlham Rəhimov postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru hesab olunur.

İ.Rəhimov 1992-1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olub.

O, 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilib.

Rusiya Prezidenti Vladimir Putinlə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində bir yerdə oxuyan İlham Rəhimov onun yaxın dostu sayılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0dxeql

Ən çox baxılan