Qarabağ qazisi, AXCP-nin Rəyasət Heyətinin üzvü Asif Yusifli 5 illik həbs cəzasından sonra azadlığa çıxıb.
O, müsahibəsində deyib: “Tutulandan 3 ay sonra gəlmişdilər. Onda da dedilər ki, əfv yazma, yaz ki, Qarabağ məsələsi ilə bağlı cənab prezident, sizin yanınızdayam. Dedim ki, övladlarıma nə var-dövlət, nə mal-mülk qoymaq imkanım olub, amma təmiz ad qoymaq imkanım var. Biri var deyələr atası “37”-də getdi, qayıtmadı, biri də var deyələr atası satqın olub. Mən övladlarıma heç vaxt o pisliyi eləmərəm”.