İlham Əliyev: Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq

”Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir”

Source:
foto president.az
foto president.az


”Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir”

”İşğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir”

APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycan 25 il ərzində böyük inkişaf yolu keçib: “Bir neçə il əvvəl 155 dövlət bizə etimad göstərərək BMT-nin qeyri-daimi üzvü seçmişdi. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”.

Ana səhifəXəbərlərİlham Əliyev: Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq