İlham Əliyev generalın rütbəsini və medalını geri aldı

Sərəncam. Foto: arxiv

Tofiq Həsənov külli miqdarda rüşvət almaqda ittiham olunur

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov general-mayor rütbəsindən məhrum edilib.

Bu barədə oktyabrın 2-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

Tofiq Həsənov həmçinin “Vətən uğrunda” medalından da məhrum olunub.

Aprelin 3-də 2016-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmətin rəisi olmuş Tofiq Həsənov 10 il azadlıqdan məhrum edilib.

52 nəfərdən rüşvət almaqda təqsirləndirilən Tofiq Həsənova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) maddəsilə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

Tofiq Həsənov. Foto: Azərtac

Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu.

O, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi.

O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.

2022-ci ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının Naxçıvan MR-da keçirdiyi əməliyyatlar nəticəsində həbs olunub.

Ana səhifəSiyasətİlham Əliyev generalın rütbəsini və medalını geri aldı