İlham Əliyev FHN və DİN-ə əlavə səlahiyyətlər verib

DİN və FHN

Bu qurumlar əkin yerlərini yandıran şəxsləri cərimə edəcəklər

Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) cərimə tətbiq etmək səlahiyyəti verilib.

Bu barədə Prezident İlham Əliyev avqustun 29-da fərman imzalayıb.

Fərmanda İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsaslanaraq qeyd olunub ki, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.

Ana səhifəXəbərlərİlham Əliyev FHN və DİN-ə əlavə səlahiyyətlər verib