İlham Əliyev: Ermənistanın məqsədi üçüncü tərəfi münaqişəyə cəlb etməkdir

Sülhəddin Əkbər hesab edir ki, bu, artıq Rusiya-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir:

Source: Specify Source


“Son bir ayda Rusiyadan Ermənistana 400 tondan artıq silah daşınıb”

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Prezidentin Mətbuat Xidmətinin

məlumatı

na görə, telefon zəngində məqsəd Rusiyadan iyulun 17-dən bu günə kimi Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması olub.

Məlumata görə, İlham Əliyev qeyd edib ki, hərbi təyinatlı yüklərin daşınması iyulun 12-16 tarixlərində Azərbaycan Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdən dərhal sonra başlayıb.

Döyüşlərin gedişinə toxunan Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir.

İlham Əliyev Vladimir Putinə deyib ki, Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana intensiv şəkildə daşınması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur. Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya hərbi təyinatlı yükləri Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana daşıyıb. İlham Əliyev bu hərbi təyinatlı yükləri həcminin 400 tondan artıq olduğunu bildirib, – mətbuat xidmətinin məlumatında belə qeyd olunur.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Prezidentin Mətbuat Xidmətinin İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı barədə ətraflı məlumatın dərc etməsinə diqqət çəkib.

“Adətən dövlət başçılarının danışıqlarının məzmunu barədə ya məlumat verilmir, ya da çox qısa xəbər yayımlanır. İlk dəfədir prezidentlərin danışıqları haqqında kifayət qədər geniş sayıla biləcək məlumat əldə edə bildik. İlham Əliyev xüsusi olaraq qeyd edib ki, Ermənistanın təxribatçı hücumunun əsas məqsədi üçüncü tərəfləri prosesə cəlb etməkdir. Yəni Ermənistan vasitəsilə göndərdiyiniz mesajı qəbul etdik, aydındır”.

Onun fikrincə, hərbi təyinatlı yüklərin daşınmasını və konkret həcmini deməklə, İlham Əliyev Putinin nəzərinə çatıdırıb ki, Azərbaycan Rusiyanın hərəkətlərinə diqqət edir və nəzarətində saxlayır.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər hesab edir ki, bu, artıq Rusiya-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir:

“Prezident telefon söhbətində ikitərəfli münasibətlərə toxunmasıyla demək istəyir ki, biz ikitərəfli münasibətlərin əvvəlki kimi inkişafının tərəfdarıyıq. Amma pozan sizsiniz, bundan sonra baş verəcək hadisələrin məsuliyyətini Rusiyanın, şəxsən Putinin üzərinə qoyur. İlham Əliyev Ankara-Bakı münasibətlərinin nəticələrinin gələcəkdə Rusiya-Azərbaycan əlaqələrinə təsir edəcəyinə nəzərə alaraq öncədən Kreml başçısını xəbərdar edir. Məsələ ondadır ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi dialoq gedir. Bunun nəticələri olacaq. Bakının bu məsələdə nə qədər irəli gedəcəyini deyə bilməsəm də, Ankaranın siyasi iradəsi görünür. İlham Əliyev də özünü siyasi sığortalamaq üçün Putinə belə bir telefon zəngi edib və önəcədən xəbərdarlıq edib ki, günah məndən geçdi, indiki vəziyyətin yaranmasının əsas səbəbkarı sizsiniz”.

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində

iyulun 12-də

n atəşkəs pozulub, döyüşlər gedib.

Döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Bundan başqa bir nəfər mülki şəxs də həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. Sonradan Ermənistan Müdafiə Nazirliyi 7 hərbçisinin öldürüldüyünü bildirib.

Ana səhifəSiyasətİlham Əliyev: Ermənistanın məqsədi üçüncü tərəfi münaqişəyə cəlb etməkdir