Əfv sərəncamına NİDA-nın həbsdə olan üzvlərindən 2 nəfər salınıb
16:17-
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Meydan TV-yə məlumat verib ki, ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamında NİDA-nın həbsdə olan üzvlərindən 2 nəfər- Üzeyir Məmmədli, Zaur Qurbanlı, jurnalist Əvəz Zeynallı, Sərdar Əlibəyli, hüquqşünas Qurban Məmmədov, hicab məhbuslarından 3, İsmayıl məhbuslarından 2 nəfərin adı var.
_________________________________________________________________________________________________
Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı “Qafqazinfo”ya məlumat verib. Sayt xəbər verir ki, sərəncamla bir çox tanınmış şəxslər azadlğa buraxılacaq.
Onun sözlərinə görə, əfv siyahısında 3 NİDA-çının adı var.
“Həmçinin jurnalist Əvəz Zeynallının adı var. İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı da düşüb” S. Bənənyarlı əlavə edib.