Xocalının 4 kəndi də azad edilib
Noyabrın 9-da Azərbaycan Ordusu bir sıra rayonların kəndlərini işğaldan azad edib.
Həmin kəndlər Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəklisidir.
Məlumatı Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında paylaşıb.
Azərbaycan ordusunun işğaldan azad etdiyi ən son şəhər isə Şuşadır.
Şuşa noyabrın 8-də işğaldan azad edilib.