İlham Əliyev cəmiyyətin müxalifətdən təmizlənməsindən və neftin qiymətindən danışdı


“Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı”

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib. Meydan TV AzərTAc-a istinadən müsahibənin bəzi hissələrini təqdim edir.

Dövlət başçısı  Rusiya-Azərbaycan əməkdaşlığının dinamik, dolğun inkişaf etdiyini bildirir və hesab edir ki, inkişaf bütün sahələri əhatə edir və iki ölkə arasında həll olunmamış məsələlər, problemlər yoxdur.

“Münasibətlərimizin indiki mərhələsində əməkdaşlığımızı dərinləşdirmək üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə imkanlar yaranır və biz ilin yekunlarına əsasən görürük ki, artıq əmtəə dövriyyəsi genişlənir, Azərbaycandan Rusiyaya ixrac artır. Biz – Rusiya da, Azərbaycan da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməyə başlamasında maraqlıyıq. Biz öz tərəfimizdən zəruri infrastruktur yaradırıq. Bu, həm dəniz limanları, həm dəmir yolu, həm də avtomobil yollarının yenidən qurulmasıdır. Rusiya tərəfi də eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı əməkdaşlıq potensialı var. Biz ixrac potensialını artırırıq. Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki vəziyyəti və mallarımıza olan tələbatı nəzərə alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi məqsədyönlü şəkildə artırmağa başladıq”, İlham Əliyev belə deyib.


“Bizd


ə


t


ə


dris rus dilind


ə


300-d


ə


n


ç


ox m


ə


kt


ə


b var”


Prezident deyib ki, Azərbaycanda rus icması Cənubi Qafqazda ən böyük icmadır. Onun üzvlərinin sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, həm də ölkəmizin inkişafına böyük töhfə verirlər: “Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə – qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var. Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə dili hücum hədəfi seçən ölkələr üçün faydalı ola bilər”.








AXC d


ö


vr


ü


ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi











– Tolerant, beyn




ə




lmil




ə




l




şə




h




ə




r olaraq qalma




ğı




Bak




ı




ya tarixin




ö




z




ü




dikt




ə




edir. Bak




ı




Sovet




İ




ttifaq




ı




n




ı




n




ə




n beyn




ə




lmil




ə




l




şə




h




ə




ri idi. Dey




ə




bil




ə




rsinizmi, b




ə




s indi, m




ü




asir d




ü




nyada, m




ə




s




ə




l




ə




n, Avropan




ı




n apar




ı




c




ı




siyas




ə




t




ç




il




ə




rinin multukulturalizmin iflasa u




ğ




rad




ığı




n




ı




etiraf etdiyi bir vaxtda bu c




ü




r




şə




h




ə




r v




ə




bu c




ü




r




ö




lk




ə




kimi qalmaq




çə




tindirmi? Siz daxild




ə




n v




ə




ya xaricd




ə




n t




ə




zyiql




ə




r hiss edirsinizmi?




– Yox, hiss etmirəm. Daxildən təzyiq yoxdur. Çünki cəmiyyət dövlətin bu məsələyə yanaşmasını tam bölüşür. Burada heç bir fikir ayrılığı yoxdur. Prinsipcə dövlət siyasəti cəmiyyətdə bu əhval-ruhiyyəni dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə vəziyyətinin üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı, müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı.



– Bu peyv




ə




nd h




ə




l




ə




d




ə




t




ə




sir edirmi?




– Bəli. Çünki cəmiyyət bu yanaşmaları rədd etdi. Milli siyasət sahəsində çox böyük səhvlərə, bəlkə də cinayətlərə yol verilib, eləcə də bütün digər sahələrdə. Odur ki, cəmiyyət bu yad təsirdən tez bir vaxtda təmizləndi, öz köklərinə qayıtdı. Bu gün bu, cəmiyyətimizin inkişafının normal vəziyyətidir. Odur ki, daxildə bu siyasətin təftiş olunmasına heç bir zəmin yoxdur.

O ki, qaldı sərhədlərimizin hüdudlarından kənarda baş verənlərə, şübhəsiz, bu, narahatlıq doğurur. Çünki biz adada yaşamırıq, regionda gedən proseslər istər-istəməz müəyyən təsir göstərir. Burada da yenə cəmiyyətin yüksək şüuru, habelə səmərəli dövlət siyasəti və belə münasibətin üstünlüklərinin əyani şəkildə nümayişi, zənnimcə, əsas hərəkətverici qüvvədir.


“Neftin qiym


ə


tinin 60 dollar olaca


ğı


t


ə


qdird


ə


, iqtisadiyyat sabit inki


ş


af ed


ə


c


ə


k”








– G




ə




lin, Az




ə




rbaycan




ı




n iqtisadiyyat




ı




ndan dan




ış




aq.




Çü




nki h




ə




r hans




ı







ö




lk




ə




nin c




ə




miyy




ə




tinin v




ə




ziyy




ə




tin




ə




d




ü




nya iqtisadiyyat




ı




da n




ə




z




ə




r




əç




arpan t




ə




sir g




ö




st




ə




rir. Bu il Az




ə




rbaycanda




ü




mumi daxili m




ə




hsul




üç




faizlik art




ı




m g




ö




st




ə




rir. Bu, yet




ə




rinc




ə




sabit art




ı




md




ı




r v




ə




bu g




ü




n




ç




ox c




ə




h




ə




td




ə




n n




ü




mun




ə




olan, h




ö




kum




ə




tin, d




ö




vl




ə




tin se




ç




diyi iqtisadi siyas




ə




tin s




ə




m




ə




r




ə




liliyini s




ü




but ed




ə




n g




ö




st




ə




ricidir. Siz g




ə




l




ə




n il




üçü




n hans




ı




proqnozlar verirsiniz v




ə




Sizin fikrinizc




ə




, yax




ı




n g




ə




l




ə




c




ə




kd




ə




iqtisadiyyat




ı




n inki




ş




af




ı




n




ı




n




ə




m




üə




yy




ə




n ed




ə




c




ə




k?



– Qeyd etdiyiniz kimi, bu il bizdə 3 faizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək.



– B




ə




s b




ü




dc




ə




d




ə




hans




ı




qiym




ə




t n




ə




z




ə




rd




ə




tutulub?




– Büdcədə 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub.



– Bu nikbin r




ə




q




ə




mdir.




– Bəli. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik.



– Siz iqtisadiyyat




ı




n




ş




ax




ə




l




ə




ndirilm




ə




si siyas




ə




tini davam etdirm




ə




k niyy




ə




tind




ə




siniz? El




ə




dirs




ə




, idealda




ü




mumi daxili m




ə




hsulun strukturunda neft, xammal g




ə




lirl




ə




rin




ə




ne




çə




faiz ayr




ı




lmal




ı




d




ı




r?




– Əlbəttə, biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən üçdəbirini təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın illərdə qaz hasilatının və satışının xeyli artacağını gözləyirik. Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq.



– O, art




ı




q neft-qaz olacaq.




– Tamamilə doğrudur.


“He


ç


k


ə


s n


ə


olaca


ğı


n


ı


ir


ə


lic


ə


d


ə


n d


ə


qiq dey


ə


bilm


ə


z”




– Buna baxmayaraq, xarici konyunkturadan as




ı




l




ı




l




ı




q da artacaq. Siz deyirsiniz ki, neftin bir barreli 60 dollar olsa, Az




ə




rbaycan iqtisadiyyat




ı




sabit inki




ş




af ed




ə




c




ə




k. Analitikl




ə




riniz bu proqnozu n




ə




d




ə




r




ə




c




ə




d




ə




real say




ı




r v




ə




b




ü




t




ö




vl




ü




kd




ə




neftin qiym




ə




tl




ə




rin




ə




n




ə




kimi proqnozlar verirl




ə




r?




– Bilirsiniz, analitiklərimizdən dünya analitiklərindən daha ətraflı təhlil gözləmək çətindir. Ona görə, yəqin ki, onlar dünya trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını irəlicədən dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər var. Axı, indiyədək heç kəs dəqiq izah edə bilmir ki, bütün bunlar nə üçün baş verib.




– Soru




ş




maq ist




ə




yir




ə




m, Siz hans




ı




n




ə




z




ə




riyy




ə




y




ə




meyillisiniz. Bir ne




çə




konspiroloji, h




ə




m




ç




inin obyektiv, daha real n




ə




z




ə




riyy




ə




l




ə




r var…




– Mən öz təhlilimdə bütün bu nəzəriyyələri bir qədər inteqrasiya edərdim. Çünki baş verənlərin obyektiv səbəbləri də var. Əlbəttə, başqa qəbildən səbəblər də ola bilər. Çünki tarixdən elə dövrlər tanıyırıq ki, neftin qiymətlərinin kəskin düşməsi bəzi ölkələrdə müəyyən problemlərə səbəb olub. Odur ki, bunu istisna edə bilmərik. Xüsusən ona görə ki, mətbuatda da bu barədə çox tez-tez danışılır, analitiklər də danışırlar. Ona görə burada kimdənsə hər hansı proqnoz gözləmək yəqin ki, çox çətindir.








İ




qtisadi siyas




ə




tin s




ə




m




ə




r




ə




liliyinin m




ü




h




ü




m meyarlar




ı




ndan biri v




ə




t




ə




nda




ş




lar




ı




n sosial v




ə




ziyy




ə




tidir. Siz dediniz ki, x




ə




rcl




ə




ri azaltmaq laz




ı




m g




ə




ls




ə




, infrastruktur layih




ə




l




ə




rini ixtisara salacaqs




ı




n




ı




z. Bu o dem




ə




kdir ki, sosial proqramlar




ı




n




ı




z toxunulmaz qal




ı




r? Siz sosial d




ö




vl




ə




t haqq




ı




nda vektoru, tezisi d




ə




st




ə




kl




ə




yirsinizmi?




– Bəli, əlbəttə, sosial proqramlara dəyişiklik edilməyəcək. Əksinə, biz çalışacağıq ki, daha çox imkanlar yaradaq. İndiki halda söhbət, əlbəttə, əməkhaqqının artırılmasından, habelə sosial infrastrukturun yaradılmasından gedir. Bizim üçün sosial sahə həmişə prioritet olub. Biz onu iqtisadi sahədən heç vaxt ayırmamışıq və apardığımız islahatlar da sosial amilə bağlıdır. Buna görə də əsaslı islahatlara baxmayaraq, Azərbaycanda sosial məsələlər son illərdə çox müvəffəqiyyətlə həll olunur.

Son 10 ildə 500-dən çox tibb müəssisəsi, 3 mindən çox məktəb binası inşa olunub. Bütün regionlarda su təchizatına dair infrastruktur layihələri həyata keçirilir. Yəni, sosial infrastruktura sərmayə yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar edilməyəcək. Lakin, eyni zamanda, bu sahə iqtisadi sahədən ayrılıqda inkişaf edə bilməz. Axı, biz son 10 ildə məhz iqtisadiyyatı inkişaf etdirmək hesabına yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. Bunu əsas etibarilə yeni iş yerlərinin və iş üçün əlverişli şəraitin yaradılması hesabına etmişik. Azərbaycanda işsizlik sosial təzahür kimi, praktiki olaraq, aradan qaldırılıb.


“Az


ə


rbaycanda i


ş


sizlik 5 faizdir”




– Az




ə




rbaycanda i




ş




sizlik ne




çə




faizdir?



– Beş faiz. Təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin, habelə biznes üçün yaxşı şəraitin yaradılmasının nəticəsində olub. Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş yerləri belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət sahələrində, regionlarda yaradılıb. İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Burada əsas məsələ o qədər də prioritet olmayan sahələrlə cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında xərclərin azaldılmasının məhz düzgün balansının tapılmasıdır.









İ




qtisadiyyatda h




ə




r hans




ı




b




ö




hran hallar




ı




yarand




ı




qda, bir qayda olaraq, qar




şı




ya bel




ə




bir dilemma




çı




x




ı




r: pullar




ı




inki




ş




af




üçü




n x




ə




rcl




ə




m




ə




li, yoxsa, q




ə




na




ə




t etm




ə




li, y




ığ




mal




ı




, sabitl




əş




dirm




ə




fondlar




ı




yaratmal




ı




? Siz hans




ı




yolu se




ç




misiniz?



– Biz hər iki yolu seçmişik. Fəal islahat illəri ərzində bizim valyuta xərclərimiz də, investisiyalarımız da ilbəil artıb. Keçən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Əhalisinin sayı 10 milyona yaxın olan ölkə üçün bu, az məbləğ deyil, onun 70 faizi daxili investisiyalardır. Əlbəttə, daxili investisiyaların strukturunda hələlik infrastruktur xarakterli dövlət sərmayələri üstünlük təşkil edir. Buna görə biz çalışmışıq ki, valyuta ehtiyatlarımız ilbəil artsın. Bu ehtiyatlar ilbəil artır. Eyni zamanda, biz şaxələndirilmiş iqtisadiyyat yaradılması üçün nə qədər lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal həyat şəraiti olmadan isə bunu etmək mümkün deyil.

Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının xeyli hissəsi qazanc dalınca başqa ölkələrə, o cümlədən Rusiyaya gedirdi. İndi bu proses praktiki olaraq dayanıb və ya yavaşıyıb. Lakin başqa proses başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə bizim əsas vəzifəmiz regional inkişaf ilə bağlı məsələlərin həlli idi ki, yerlərdə yaxşı xəstəxanalar, yaxşı məktəblər, su, elektrik, qaz təchizatı və iş üçün şərait olsun. Buna görə iqtisadiyyatın şaxələndirilməsi təkcə struktur baxımından deyil, həm də coğrafiya baxımından vacibdir. Zənnimcə, biz son illərdə ölkəmizin məhz bu baxımdan davamlı inkişafını təmin edə bilmişik.


“Biz etnik t


ə


mizl


ə


m


ə


y


ə


m


ə


ruz qalm


ışı


q”




– Siz d




ə




f




ə




l




ə




rl




ə




demisiniz ki, Erm




ə




nistan-Az




ə




rbaycan, Da




ğ




l




ı




q Qaraba




ğ




m




ü




naqi




şə




sinin h




ə




lli Az




ə




rbaycan




üçü




n




ə




sas probleml




ə




rd




ə




n v




ə




a




ğ




r




ı




l




ı




m




ö




vzulardan biri olaraq qal




ı




r. Sizin fikrinizc




ə




, son vaxtlarda bu m




ə




s




ə




l




ə




nin h




ə




llin




ə




n




ə




d




ə




r




ə




c




ə




d




ə




yax




ı




nla




ş




a bilmisiniz?



– Təəssüf ki, burada danışıqlar prosesində uğurlar barədə danışa bilmərik. Səbəb də kifayət qədər sadə və aydındır. Bizdə belə təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir. Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, o, dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.

Ermənistan həmin qətnamələrə sadəcə məhəl qoymur. Çünki bu qətnamələrin reallaşdırılması mexanizmi yoxdur. Bu qətnamələr münaqişənin tənzimlənməsinin əsasını təşkil etməlidir, çünki başqa variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dağlıq Qarabağ ona görə “dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün Qarabağın bir hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də keçmiş DQMV hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə, olmadığı ərazilər də işğal edilib. Biz etnik təmizləməyə məruz qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır.

Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli sözdür, bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur. Ermənistan isə öz hərəkətləri ilə danışıqlar prosesini hər vasitə ilə pozmağa çalışır.

Deməliyəm ki, bu il əvvəlki illərdən danışıqlar prosesinin intensiv xarakteri ilə fərqlənib. Bu il həm də onunla fərqlənib ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar prosesində fəal iştirak ediblər, əvvəllər heç vaxt belə olmayıb. Avqust ayında prezident Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Sentyabr ayında ABŞ-ın dövlət katibi Kerri bizimlə analoji görüş keçirdi, oktyabrın axırında isə Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşə dəvət etdi və biz həm ikitərəfli, həm də üçtərəfli diskussiyalar keçirdik. Müzakirə mövzuları arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə yanaşı, etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad göstərməsi məsələləri də vardı. Hər iki tərəf – həm erməni, həm də Azərbaycan tərəfi Paris görüşünü müsbət qiymətləndirdi və bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı. Özü də onlar bu təlimləri Ermənistan və hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti boyunca keçirirdilər. Ermənistanın özünün məlumatına görə, orada 47 min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib. Sual olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna heç bir reaksiya verməmişdi. Görünür, erməni tərəfi bununla kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə hərbi hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq bizim qoşunların mövqelərinə hücum edəndə ordumuz onlardan birini vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək və bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir bəhanə kimi istifadə etmək məqsədilə şüurlu surətdə törədilən fitnəkarlıq idi.

Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli idi. Lakin bu, baş vermədiyinə görə onlar bildiklərini edirlər. Buna görə 2015-ci ildə tənzimləmənin perspektivləri bir neçə amildən asılı olacaq və həmin amillərdən biri vasitəçilərin erməni tərəfini buna inandırmağı bacarmalarıdır ki, münaqişənin tənzimlənməsi onların da xeyrinədir.


“Beyn


ə


lxalq t


ə


sisatlar


ö


z v


ə


zif


ə


l


ə


rinin


ö


hd


ə


sind


ə


n g


ə


l


ə


bilmir”









Ü




mumiyy




ə




tl




ə




, Siz m




ü




asir m




ü




naqi




şə




l




ə




rin h




ə




llind




ə




beyn




ə




lxalq t




ə




sisatlar




ı




n s




ə




m




ə




r




ə




liliyi bar




ə




d




ə




n




ə




d




üşü




n




ü




rs




ü




n




ü




z?



– Mən buna o qədər də nikbin baxmıram və güman edirəm ki, belə düşünən təkcə mən deyiləm. Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu bizim məsələyə də aiddir. Bu, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə prinsip etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər görülür – biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük. Ona görə də mövcud beynəlxalq əməkdaşlıq mexanizminin qırılması sadəcə total hərc-mərcliyə gətirib çıxaracaq. İndi nə isə təzə bir şey fikirləşib tapmaq çətindir, mövcud beynəlxalq təsisatlarda islahatlar aparmaq daha çətindir, çünki bu istiqamətdə məhdudiyyətlər vardır. Zənnimcə, indiki tarixi mərhələdə yeganə məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür. Onlar ilk növbədə, beynəlxalq hüququ pozmamalıdırlar. Onlar beynəlxalq hüququ dəstəkləməlidirlər. Lakin təəssüf ki, çox vaxt belə olmur.


“Yax


ı


n


Şə


rqd


ə


ba


ş


ver


ə


n prosesl


ə


r bizi narahat edir,


çü


nki…”




– Bu il biz d




ü




nya x




ə




rit




ə




sind




ə







ö




z




ü




n




ü












İ




raq-




Ş




am




İ




slam D




ö




vl




ə




ti” adland




ı




ran yeni bir terror




ç




u qurumun yaranmas




ı




n




ı




g




ö




rd




ü




k. Bu radikal islam




çı




qrupla




ş




ma get-ged




ə




yeni




ə




razil




ə




ri z




ə




bt edir v




ə




qon




ş




ular




ı




na h




ə




d




ə




-qorxu g




ə




lir. Dem




ə




liyik ki, bu hadis




ə




l




ə




r Az




ə




rbaycandan o q




ə




d




ə




r d




ə




uzaqda ba




ş




vermir. Bu t




ə




cav




ü




zkar v




ə




yet




ə




rinc




ə




q




ə




tiyy




ə




tli fenomen bar




ə




d




ə




Siz n




ə




fikirl




əş




irsiniz?




– Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır. Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır. Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq.

Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur.

Ana səhifəVideoİlham Əliyev cəmiyyətin müxalifətdən təmizlənməsindən və neftin qiymətindən danışdı