Vahid Hacıyev əvvəllər Zəngilanda Prezidentin xüsusi nümayəndəsi idi
Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
2022-ci ilin mayın 4-də Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
Vahid Hacıyev 2020-ci ildə “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri təyin olunub.
Ona qədər o, “BP Azerbaijan” neft şirkətində çalışıb.
Vahid Hacıyevin atası Rasim Hacıyev Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Göz Xəstəlikləri” kafedrasının professoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Patologiya refraksiya və oftalmoerqonomika” şöbəsinin müdiridir.
Anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir.
Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır.
Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Qarabağda, Qaraqaya üzərində partlayan vertolyotda həlak olub.
Onun digər qızı isə jurnalist Sevinc Osmanqızıdır.