İlham Əliyev: Britaniya Azərbaycana 30 milyarddan çox investisiya yatırıb

“Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var”

Source: Specify Source


Ölkə başçısı: "İşğaldan azad olunan şəhərlərin baş planı hazırdır"

“Azərbaycanın işğaldan azad olunan şəhərlərinin baş planları hazırlanıb və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Böyük Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik”.

Bu açıqlamanı Azərbaycanın Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuart ilə görüşdə

səsləndirib

.

Dövlət başçısı deyib ki, Birləşmiş Krallıq Azərbaycana 30 milyard dollardan çox investisiya yatırıb: “Bu, həqiqətən də, çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarıb”.

İlham Əliyev Britaniyanın işğaldan azad edilən ərazilərə yatırım qoyacağına da toxunub:

“Həm BP, həm də Azərbaycan bərpaolunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb. Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır”.

Britaniyalı nazir isə bildirib ki, bu məsələlər Birləşmiş Krallığın da maraq dairəsindədir:

“Birləşmiş Krallıq, Sizin də bildiyiniz kimi, Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və ölkənizin suverenliyini, müstəqilliyini müdafiə edir. Bizi, həmçinin bir çox məsələlər maraqlandırır, lakin mən bunlardan ikisini seçərdim. Birincisi, Birləşmiş Krallığın da sadiq olduğu, Sizin daha da yaşıl və dayanıqlı gələcəyə dair baxışınızdır. Hesab edirəm ki, Azərbaycanın nəinki təkcə uğurlu neft və qaz iqtisadiyyatına malik olan ölkə, eləcə də gələcəyi düşünən və uzunmüddətli perspektivdə strateji planlar quran bir ölkə olmasını təmin etmək Sizin baxışınıza uyğundur. Çünki gələcək daha da yaşıl olacaq, qlobal investisiyalar bu sahəyə yatırılacaq və münasibətlərimizi dərinləşdirmək üçün fürsət olacaq. Sizin də qeyd etdiyiniz kimi, BP strateji tərəfdaşınızdır, orada böyük imkanlar var".

Ana səhifəSiyasətİlham Əliyev: Britaniya Azərbaycana 30 milyarddan çox investisiya yatırıb