İlham Əliyev Bodrumda villa tikdirir

İzolyasiya işlərində “POLYFIN” şirkətinin materiallarından istifadə olunur

Source:


İzolyasiya işlərində “POLYFIN” şirkətinin materiallarından istifadə olunur

Prezident İlham Əliyev Bodrumda (Türkiyə) villa tikdirir. “POLYFIN” Geomembran Sanayi ve Ticaret A.Ş şirkəti öz facebook səhifəsində qeyd edir ki (

https://goo.gl/QlyiwU

), izolyasiya işlərində onun materiallarından istifadə olunur.

2013-cü ilin martında Türkiyə KİV-ləri yazırdı ki (

http://goo.gl/QVSLTB

), İlham Əliyev Bodrumun Yalıkavak ərazisində 13 mln avroya 5 ulduzlu otel alıb. 17 min kv m sahəsi olan oteldə 145 yer var.

“POLYFIN” şirkətinin izolyasiya materiallarından Bakı və Qəbələdə bir çox obyektlərin, o cümlədən: «Gənclik» ticarət mərkəzi, Vergilər Nazirliyi və SOCAR-ın inzibati binalarının, «Sadko» əyləncə mərkəzinin, “Baku White City” şəhərciyinin, Qəbələ Beynəlxalq Hava Limanının və s tikintisində istifadə edilib. (“Turan” İA)

Ana səhifəXəbərlərİlham Əliyev Bodrumda villa tikdirir