İlham Əliyev: Biz heç bir yerdən yardım almırıq

Prezidentin dedikləri ilə iqtisadi göstəricilər üst-üstə düşmür

Source:
İlham Əliyev paradda
İlham Əliyev paradda


Prezidentin dedikləri ilə iqtisadi göstəricilər üst-üstə düşmür

26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il keçir.

Silahlı Qüvvələr Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

Bu münasibətlə Bakı şəhərində hərbi parad keçirilib.

Prezident İlham Əliyev hərbi paradda çıxış edərək Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olmasından, bunu bütün beynəlxalq təşkilatlar və ölkələrin qəbul etməsindən danışıb:

“Keçən ay Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Cümhuriyyətin ən önəmli qərarlarından biri ordunun yaradılması ilə bağlı idi. Təəssüflər olsun ki, 2 ildən sonra Cümhuriyyət öz müstəqilliyini itirdi. Bu, bir daha göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyimiz 1991-ci ildə əldə edilib. Ancaq müstəqilliyin ilk 2 ili ağır keçib. 1991-1992-ci illərdə Azərbaycanda vəziyyət ağır idi. 90-cı illərin əvvəllərində Ermənistan xarici himayəçilərin dəstəyilə Azərbaycanda daxili sabitliyin pozulmasından istifadə edərək ölkə ərazilərini işğal edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və bunun üçün ordu quruculuğu və iqtisadiyyatın inkişafı sahəsində bütün zəruri tədbirlər görülür”.

Prezident ordu quruculuğunun ən başlıca, ən prioritet məsələ olduğunu deyub:

“2003-cü ildən hərbi xərclərimiz 15 dəfə artıb. Hərbi şəhərciklərimizin və SQ hissələrinin 80%-i yenidən tikilib və ya əsaslı təmir olunub, ordu ən yeni silah növləri ilə təchiz edilib. Hərbi sənaye inkişaf edir, son illər 20 Hərbi Sənaye Kompleksi müəssisəsi tikilib. Biz çox sayda silah almışıq və bu gün onların çox az hissəsi nümayiş olunacaq. Bu, HHM, HHQ, HDD, zirehli tank qoşunları, zenit artilleriyası və s. silah sistemləridir. Biz silahlanırıq, çünki beynəlxalq normalar yerinə yetirilmir və həlledici amil hüquqlar deyil, güc amilidir. Bütün bu potensial bizə işğal edilmiş ərazilərimizi azad etmək üçün lazımdır. Biz yeni silah növləri almağa davam edəcəyik və bununla bağlı tərəfdaş ölkələrlə dəqiq razılaşmalarımız var. Ordumuzun döyüş əhval-ruhiyyəsi və hazırlığı yüksək olaraq qalır, bu, 2016-cı ilin aprelində təsdiq edilib. Həmin vaxt biz işğal edilmiş ərazilərimizin bir hissəsini azad etdik. Biz erməni ordusunun məğlubedilməzliyi haqqında əsatiri darmadağın etdik. Ötən ay Naxşıvanda da əməliyyat həyata keçirilib və xeyli ərazi azad edilib. Strateji yüksəkliklər ələ keçirilib və biz düşmənin strateji nəqliyyat kommunikasiyalarına nəzarət edirik”.

İlham Əliyev bildirib ki, ordu istənilən an işğal edilmiş ərazilərin tamamilə azad edilməsi vəzifəsini yerinə yetirməyə hazırdır:

“Düşmən bilməlidir ki, onun hədəf altında olmayan və istənilən an məhv edilməsi mümkün olmayan bir mühüm hərbi obyekti belə yoxdur. Ermənistan hərbi və iqtisadi potensialına görə bizimlə rəqabət apara bilmir və bilməyəcək. Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər yaxşı olacaq. Biz Qarabağda bayraqlarımızın yüksələcəyi və bu buraya hərbi parada gətiriləcəyi günü yaxınlaşdırırıq”.

İlham Əliyev iqtisadi vəziyyətdən də danışıb:

“İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi potensialına görə özünü çox rahat hiss edir. Bütün beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerdədir, inkişaf etməkdə olan ölkələr arasında inkişaf dinamikasına görə 3-cüdür. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac yoxdur. Öz zəhmətimiz hesabına qazandığımız vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Onların arasında ordu quruculuğu 1-ci yerdədir”.


Maliyyə Nazirliyi

nin bu ilin fevralında yaydığı açıqlamada isə deyilirdi ki, Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var.

Məlumatda bildirilir ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır.

Nazirlik xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 22.8 faiz olduğunu bildirir. 2017-ci il üçün hesablanmış ÜDM-in məbləği isə 70,135.1 milyon manat olub.

2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına olan xarici dövlət borcunun 12,208.5 milyon manat (7,172.6 milyon dollar) olduğu bildirilirdi.

Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 18.9 faiz idi.

Yeni açıqlanmış rəqəmlərlə müqayisədə dövlət borcunun yarım ildə 2 milyard dollardan çox artdığı görünür.

2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi.

İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata qədər artıb.

Ana səhifəXəbərlərİlham Əliyev: Biz heç bir yerdən yardım almırıq