İlham Əliyev: Bəs haradadır Avropanın tolerantlığı, xeyirxahlığı, mərhəməti?

Prezident məktəblilərə Avropada dəyərlərin olmadığını bildirib

Source:


Prezident məktəblilərə Avropada dəyərlərin olmadığını bildirib

Sentyabrın 15-də dövlət başçısı İlham Əliyev yeni tədris ilinin başlanması münasibətilə 148 saylı məktəbdə olub

Şagird və müəllimlərin qarşısında  çıxış edən prezident ölkədə təhsilin səviyyəsinin yüksək olduğunu və yaxşılaşmaqda davam etdiyini bildirib.

Ölkədə savadlılıq demək olar ki, 100 faizdir, lakin dünya prosesləri ilə ayaqlaşmaq lazımdır ki, gənclər hazırlıqlı və təhsilli olsunlar. “

“Bu gün dünyada ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır”, – dövlət başçısı bildirib.

Azərbaycan özünün inkişaf modelini həyata keçirir. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.

“Biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq.

Bəzi beynəlxalq dairələr sanki öz təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var”, – İ.Əliyev vurğulayıb.

“Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar”, – dövlət başçısı bildirib.

Sonra o, Avropanı ksenofobiya, rasizm, faşizmdə ittiham edib və öz fikirlərini Avropadakı indiki hadisələrlə Yaxın Şərqdən olan qaçqınlara “əziyyət verilməsi” ilə əsaslandırıb.

“Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət?

Azərbaycanda bu dəyərlər var və onları pozmağa heç kimə imkan verməyəcəyik. Bu işdə əsas rol gənclərin, onların tərbiyə və təhsilinin üzərinə düşür”.


Turan İA

Ana səhifəXəbərlərİlham Əliyev: Bəs haradadır Avropanın tolerantlığı, xeyirxahlığı, mərhəməti?